NATO komandanı: Rusiya Baltikyanı ölkələrə hücum riskinə getməyəcək
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı bildirib ki, Rusiya Baltikyanı ölkələrə qarşı hərbi riskə getməyəcək, çünki belə bir ssenaridə uğur qazanmayacağını anlayır.
Crossmedia.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ generalı Aleksus Qrinkeviç bu barədə qəzetə verdiyi müsahibədə danışıb. O, Rusiyanın NATO ilə birbaşa qarşıdurmaya hazırlaşdığına dair hər hansı ciddi əlamət görmədiyini deyib.
Generalın sözlərinə görə, Moskva NATO-nun üstün hərbi imkanlarını və mümkün münaqişənin yüksək xərclərini nəzərə alır:
“Əgər Rusiya Baltikyanı ölkələrdə hər hansı addım atmağa cəhd etsə, uğur qazana bilməyəcək və bunu başa düşdüyü üçün riskə getməyəcək”.
Qrinkeviç həmçinin NATO qüvvələrinin yüksək döyüş hazırlığı səviyyəsində olduğunu və zərurət yarandığı halda “bu gün döyüşə hazır” vəziyyətdə qalacağını vurğulayıb.
13:30 12.06.2026
Oxunuş sayı: 62