Cənubi Koreyanın keçmiş prezidenti 30 il həbs cəzası alıb
Cənubi Koreyada məhkəmə keçmiş prezident Yoon Suk Yeol-a 30 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Crossmedia.az xarici mediya istinadən xəbər verir ki, Seul məhkəməsinin qərarına əsasən, sabiq dövlət başçısı Şimali Koreyaya pilotsuz uçuş aparatlarının göndərilməsi yolu ilə süni gərginlik yaratmaq və bunun əsasında ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdində günahlandırılıb.
Bu hökm daha əvvəl ona qarşı çıxarılan ömürlük həbs cəzasına əlavə kimi qiymətləndirilir. Müdafiə tərəfi isə ittihamları rədd edərək, dronlarla bağlı hadisəni təhlükəsizlik məqsədli addım kimi izah edib.
12:33 12.06.2026
Oxunuş sayı: 47