Ukraynada ölkə üzrə hava hücumu xəbərdarlığı elan edilib
Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın hava həyəcanı monitorinq sistemləri məlumat yayıb.
Məlumata görə, ölkənin bütün bölgələrində raket və pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən əhaliyə sığınacaqlara enmək tövsiyə olunub.
Eyni zamanda, monitorinq qrupları Rusiyanın "Oreşnik" orta mənzilli ballistik raketinin mümkün buraxılışına hazırlıq görüldüyü barədə məlumatlar paylaşırlar. Rəsmi qurumlar hələlik bu iddiaları təsdiqləməyib.
Vəziyyətlə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
12:03 12.06.2026
Oxunuş sayı: 50