Böyük Britaniyanın yeni müdafiə naziri Den Carvis oldu
Böyük Britaniyada hökumətdə mühüm kadr dəyişikliyi baş verib. Baş nazir Kir Starmer tərəfindən təhlükəsizlik naziri və keçmiş daxili işlər nazirinin müavini kimi tanınan Den Carvis ölkənin yeni müdafiə naziri təyin olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təyinat müdafiə naziri Con Hilinin istefasından sonra həyata keçirilib.
Məlumata görə, Den Carvis daha əvvəl Daxili İşlər Nazirliyində təhlükəsizlik məsələlərinə cavabdeh nazir vəzifəsində çalışıb. Onun müdafiə naziri postuna gətirilməsi Böyük Britaniyanın müdafiə siyasətində yaşanan dəyişikliklər fonunda baş verib.
11:50 12.06.2026
Oxunuş sayı: 47