ABŞ neft ixracında lider mövqeyə yüksəlib
ABŞ dünyada ən böyük neft ixracatçısına çevrilərək uzun illərdir Səudiyyə Ərəbistanının üstünlük təşkil etdiyi qlobal enerji balansını dəyişib.
Crossmedia.az Reuters-in məlumatına istinadən bildirir ki, bu dəyişiklik Amerika şirkətlərinin enerji bazarları üzərində təsirini daha da gücləndirir. Bildirilir ki, Vaşinqtonun İranla gərgin siyasəti qlobal enerji ticarət axınlarında da ciddi dəyişikliklərə səbəb olub.
Beləliklə, ABŞ-nin neft ixracında liderliyə yüksəlməsi dünya enerji bazarında yeni mərhələnin başladığını göstərir.
11:15 12.06.2026
Oxunuş sayı: 54