Azərbaycan və ABŞ arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin perspektivlərinin müzakirə edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Səməd Seyidov ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və onun həmkarları ilə keçirdiyi görüşdən sonra məlumat verib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri, strateji əməkdaşlıq, regional proseslər, parlament diplomatiyası, iqtisadi və humanitar tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səməd Seyidov qeyd edib ki, tərəflər qarşılıqlı hörmət, ortaq maraqlar və konstruktiv dialoq prinsipləri əsasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
10:23 12.06.2026
Oxunuş sayı: 53