Ukrayna Rusiyanın Nijnekamsk şəhərində neft-kimya zavodunu vurdu
Bu gün səhər saatlarında Tatarıstan bölgəsi Ukraynaya məxsus dron hücumuna məruz qalıb. Hücum nəticəsində Rusiyanın Nijnekamsk şəhərində partlayışlar baş verib və yanğın qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb .
Məlumata görə, zərbə “Nijnekamskneftekhim” neft-kimya zavoduna dəyib. Bu müəssisə Rusiyanın iri sənaye holdinqlərindən biri olan “Sibur” şirkətinin tərkibində fəaliyyət göstərir.
10:15 12.06.2026
Oxunuş sayı: 61