Bakının bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq
Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın üç rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat verib.
Məlumata görə, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 12.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının "MİDA" yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
10:00 12.06.2026
Oxunuş sayı: 50