ABŞ liderindən İrana psixoloji təzyiq mesajı
ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya əsasən xəbər verir.
Tramp bildirib ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma baş tutacağı təqdirdə bu, “tarixin ən böyük razılaşmalarından biri” ola bilər. Onun sözlərinə görə, İran mövcud vəziyyəti qəbul edərək geri addım ata bilər.
ABŞ prezidenti çıxışı zamanı İranı tənqid edərək, Tehranın sonda ABŞ-nin üstünlüyünü qəbul etmək məcburiyyətində qala biləcəyini deyib.
Tramp həmçinin bəzi media qurumlarını hadisələri İranın xeyrinə təqdim etməyə çalışmaqda ittiham edib və bunu reallığı əks etdirməyən yanaşma adlandırıb.
O, ABŞ hərbi qüvvələrinin bölgədə üstün mövqeyə malik olduğunu vurğulayaraq bildirib ki, Amerika qırıcıları Tehran üzərində uçuşlar həyata keçirib və İran bundan xəbərsiz olub. Tramp əlavə edib ki, İranın raket ehtiyatlarının böyük hissəsi tükənib və hazırda əvvəlki potensialının yalnız kiçik bir hissəsi qalıb.
17:50 11.06.2026
Oxunuş sayı: 49