Tramp: İranda quru əməliyyatı keçirmək istəmirəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı quru hərbi əməliyyatının keçirilməsinin tərəfdarı deyil, lakin ABŞ ordusunun belə bir imkanının olduğunu vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ istəsə, qısa müddətdə İrana qoşun yeridə bilər, lakin hazırda belə bir addımı məqsədəuyğun hesab etmir.
“Biz sabah ora daxil ola bilərik. Əsgərlər göndərə bilərik. Mən quru əməliyyatı keçirmək istəmirəm. Amma istəsəydik, kiçik bir hərbi qrupla daxil olub hər şeyi nəzarətə götürə bilərdik”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin açıqlaması Vaşinqton və Tehran arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
18:08 11.06.2026
Oxunuş sayı: 46