Ermənistan viza sistemini dəyişdi: Xüsusi status ləğv olundu
Ermənistan hökumətinin qərarına əsasən, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqına (Aİ) məxsus xidmət sənədləri olan şəxslər üçün viza rejimi ləğv edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, BMT və Aİ-nin səyahət sənədləri statusuna görə diplomatik və ya xidməti pasportlara bərabər tutulub.
Qeyd edilib ki, indiyədək bu sənədlərin sahibləri Ermənistana səfər məqsədindən və vəzifəsindən asılı olaraq sadələşdirilmiş qaydada və ya ödənişsiz giriş vizası ala bilirdilər. Yeni qərarla bu prosedur aradan qaldırılıb.
18:00 11.06.2026
Oxunuş sayı: 59