ABŞ zərbələri danışıqlar prosesinə təsir göstərmək üçün istifadə edir – İddia
İrana qarşı həyata keçirilən hərbi zərbələr Tehrana təzyiq göstərmək və danışıqlar prosesində irəliləyiş əldə etmək məqsədi daşıyır.
Crossmedia.az bu barədə "Axios" nəşrinə istinadən xəbər verir .
Nəşrin məlumatında bildirilir ki, hərbi əməliyyatlar yalnız təhlükəsizlik məqsədləri ilə deyil, eyni zamanda İranı diplomatik danışıqlarda güzəştlərə sövq etmək üçün təzyiq aləti kimi nəzərdən keçirilir.
Mənbələrin iddiasına görə, Vaşinqton hərbi və siyasi təzyiqi paralel şəkildə tətbiq edərək Tehranla aparılan danışıqlarda daha əlverişli nəticələr əldə etməyə çalışır.
Rəsmi qurumlar isə məsələ ilə bağlı hələlik ətraflı açıqlama verməyiblər.
17:52 11.06.2026
Oxunuş sayı: 52