Ermənistanda səsvermə sistemində yeni QAYDALAR
Ermənistanda seçkilərdə iştirak qaydalarına yeni məhdudiyyətlərin tətbiqi müzakirə olunur.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə seçkilərdə iştirak üçün “yaşayış senzi” (rezidentlik tələbi) tətbiqi ilə bağlı ictimai tələb mövcuddur və hökumət bu çağırışa reaksiya verməlidir.
Crossmedia.az xəbər verir ki, bundan əvvəl Ermənistan hakimiyyəti Rusiyada yaşayan bəzi Ermənistan vətəndaşlarının parlament seçkilərində müxalifətə səs vermək üçün ölkəyə xüsusi olaraq gəldiyini iddia etmişdi.
Paşinyanın sözlərinə görə, seçki prosesində iştirakla bağlı yeni qaydaların müzakirəsi cəmiyyətin tələb və narahatlıqlarına cavab xarakteri daşıyır.
17:28 11.06.2026
Oxunuş sayı: 48