Paşinyan: Ermənistan və Türkiyə arasında dəmir yolu əlaqəsinin açılması gözlənilir
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolu nəqliyyatının yaxın zamanda bərpa olunacağına ümid etdiyini bildirib.
Crossmedia.az xarici mediaya əsasən xəbər verir.
O, hökumət iclasında çıxışı zamanı qeyd edib ki, regionda yeni nəqliyyat imkanları formalaşır və Axalkalaki–Qars dəmir yolu artıq fəaliyyət göstərir.
Paşinyanın sözlərinə görə, bu məsələ həm Gürcüstanın baş naziri, həm də Türkiyə prezidenti ilə müzakirə olunub və tərəflər marşrutların açıq olduğunu təsdiqləyiblər.
Baş nazir əlavə edib ki, Ermənistanın Türkiyəyə dəmir yolu əlaqəsinin tezliklə işə düşməsi gözlənilir. O, həmçinin TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarının daha da genişlənəcəyini vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Livana humanitar yardımın Türkiyə ərazisindən göndərilməsi planlaşdırılır və bu məqsədlə Marqara keçid məntəqəsi bir neçə günlüyə açılacaq.
16:46 11.06.2026
Oxunuş sayı: 49