Tramp üçün üçüncü prezidentlik müddəti ehtimalı müzakirə olunur
ABŞ prezidenti Donald Trampın üçüncü dəfə prezidentliyə namizədliyi barədə düşünə biləcəyi iddia olunub.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝-in keçmiş yüksək vəzifəli administrasiya rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp Ağ Ev əməkdaşları ilə söhbətlərində siyasi təsirini itirməmək və “zəifləmiş prezident” (lame duck) statusuna düşməmək üçün üçüncü müddətə namizəd olma ehtimalını gündəmə gətirib.
ABŞ siyasətində “lame duck” anlayışı səlahiyyət müddəti başa çatmağa yaxın olan, lakin siyasi təsir gücü azalan seçilmiş vəzifəli şəxsi ifadə edir.
Fevral ayında NBC News-a verdiyi müsahibədə Donald Trump bu barədə sualı birbaşa cavablandırmaqdan yayınıb.
Məlumata görə, Trampın ikinci prezidentlik müddəti 20 yanvar 2029-cu ildə başa çatır.
16:30 11.06.2026
Oxunuş sayı: 51