İran və Aİ ABŞ hücumlarını müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tərəflər ABŞ və İran arasında son hücumlar fonunda bölgədə yaranmış təhlükəsizlik vəziyyətini və artan gərginliyi müzakirə ediblər.
Məlumata görə, Əraqçı ABŞ-nin son addımlarının beynəlxalq hüququ pozduğunu və mövcud atəşkəs mexanizmini faktiki olaraq zəiflədərək aradan qaldırdığını bildirib. O, regional gərginliyin artmasına görə məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü vurğulayıb.
Nazir həmçinin bəzi ölkələrin və beynəlxalq ictimaiyyətin reaksiyasını tənqid edərək, passiv mövqenin regionda və dünyada qeyri-sabitliyi daha da dərinləşdirə biləcəyini qeyd edib.
16:22 11.06.2026
Oxunuş sayı: 60