İran: Hörmüz boğazı ilə bağlı keçidlər dayandırıldı
İranın Hörmüz boğazına nəzarət edən qurumu — “Fars Körfəzi Boğazı Administrasiyası” (PGSA) “X” platformasında açıqlama yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Açıqlamada bildirilir ki, Hörmüz boğazından keçidlər növbəti xəbərdarlığa qədər dayandırılıb.
Qurumun məlumatına görə, bu qərar bölgədə ABŞ-nin son addımları nəticəsində artan gərginlik və İran Silahlı Qüvvələrinin açıqlamaları nəzərə alınaraq qəbul edilib.
Bildirilir ki, keçid üçün müraciət etmiş və icazə gözləyən tərəflər “səbirli olmalı və əlavə göstərişləri gözləməlidirlər”.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı qeyd olunur.
15:58 11.06.2026
Oxunuş sayı: 58