Taker Karlson: Tramp İran məsələsində uğursuz olub
Məşhur amerikalı jurnalist və siyasi şərhçi Taker Karlson ABŞ-nin Yaxın Şərq siyasətini və xüsusilə İranla bağlı mövqeyini tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Karlson bildirib ki, İran məsələsində baş verən proseslər təkcə Tramp administrasiyasının deyil, həm də ABŞ-nin diplomatik imkan və məhdudiyyətlərinin göstəricisidir.
Onun sözlərinə görə, dəfələrlə “razılaşma əldə olunacağı” elan edilsə də, nəticənin reallaşmaması ciddi diplomatik uğursuzluğa işarə edir.
“Əgər siz dünyaya 38 dəfə böyük bir sazişin əldə olunacağını elan edirsinizsə, amma bu saziş hələ də baş tutmursa, bu, müqavilə bağlamaqda uğurlu olmadığınızı göstərir”, – deyə Karlson vurğulayıb.
15:50 11.06.2026
Oxunuş sayı: 44