İran XİN: ABŞ hücumları atəşkəsi mənasız edib
İran Xarici İşlər Nazirliyi ABŞ-nin son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, ABŞ-nin İrana endirdiyi zərbələr iki ölkə arasında əldə edilmiş atəşkəs razılaşmasını “faktiki olaraq mənasız” hala gətirib.
Tehran region ölkələrinə də çağırış edərək onların ərazilərinin və infrastrukturunun İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmasına icazə verməmələrini istəyib.
Bəyanatda həmçinin BMT Təhlükəsizlik Şurası və Baş katib tənqid olunub, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi tələb edilib.
İran tərəfi ABŞ və İsrailin hərəkətlərini “təcavüz aktı” kimi xarakterizə edib.
15:34 11.06.2026
Oxunuş sayı: 63