Milli Kibertəhlükəsizlik Agentliyini kim idarə edəcək? - AÇIQLANDI
Azərbaycanda yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək .
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsində qeyd olunur.
Vurğulanıb ki, Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin tərkibi 4 üzvdən – rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.
14:58 02.06.2026
Oxunuş sayı: 50