Bakıda xəstəxanalar üçün yeni minib-düşmə və taksi dayanacaqları təşkil edilib
Paytaxtın Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.
Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
10:11 02.06.2026
Oxunuş sayı: 43