Aİ:İslamabad ABŞ və İran arasında əsas vasitəçi olub
Pakistan ABŞ və İran arasında vasitəçilik səyləri bölgədə genişmiqyaslı müharibənin yenidən başlamasının qarşısını almağa kömək edib.
Crossmedia.az xəbər verir ki, bunu Avropa İttifaqının(Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib
Pakistanda çıxış edən Kallas qeyd edib ki, İslamabadın diplomatik təşəbbüsləri Avropada yüksək dəyərləndirilir və müsbət qarşılanır.
Onun sözlərinə görə, Pakistanın vasitəçilik fəaliyyəti atəşkəsin uzadılması və Hörmüz boğazı ətrafındakı gərginliyin azaldılması istiqamətində diplomatik imkanların yaranmasına töhfə verib.
Kallas vurğulayıb ki, Vaşinqton və Tehran arasında əldə edilən hər hansı müvəqqəti razılaşma daha sonra İranın nüvə proqramı, nüvə materialları ehtiyatları və digər strateji məsələlər üzrə daha geniş danışıqlarla davam etdirilməlidir.
23:57 01.06.2026
Oxunuş sayı: 55