Ukrayna kəşfiyyatı Rusiyanı silah istehsal edən müəssisələr üçün cəza sistemi tətbiq etdiyini açıqlayıb
Rusiya hakimiyyəti silah və hərbi texnika istehsal edən müdafiə müəssisələri üçün cəza sistemi tətbiq edib.
Crossmedia.az "RBC-Ukrayna"-ya istinadəm xəbər verir ki , bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski "Təhlükəsizlik Memarlığı" beynəlxalq forumunda bildirib.
Onun sözlərinə görə, ruslar Ukraynanın sahib olduğu hər yeni şeyi mənimsəyirlər və çox tez öyrənirlər.
Skibitski qeyd edib ki, Ukrayna Rusiyanın kifayət qədər güclü müdafiə-sənaye kompleksini saxladığını nəzərə almalıdır.
"Onlar istehsalı tez bir zamanda artıra bilirlər, hətta söhbət eyni kruiz raketlərinin, ballistik raketlərin, eyni "Xəncər"in istehsalından gedirsə belə - bu, bir qədər təsirsizdir və ya həmişə hədəfə dəymir, amma istehsal artır", - deyə o bildirib.
22:20 01.06.2026
Oxunuş sayı: 51