KİV: Rusiya Uitkof və Kuşnerin səfərlərindən bezib
Rusiya ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin vaxtaşırı səfərlərindən bezib. Moskva sülh danışıqları üçün yeni bir format istədiyini bildirib.
Crossmedia.az bu barədə "The New York Times" qəzetinə istinadən xəbər verir.
Nəşr yazır ki, Rusiya işçi qrupları və müntəzəm görüşlərlə sabit diplomatik proses istəyir.
Trampın köməkçilərindən biri bu yaxınlarda bildirib ki, ABŞ-nin ən pis işi İran, Rusiya və Ukraynadakı siyasi hadisələrə nəzarət etməkdir.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin icraçı direktoru Riçard Fonteyn bildirib ki, xarici siyasət adətən uzun və mürəkkəb bir prosesdir.
Onun sözlərinə görə, Tramp mürəkkəb və uzun müddətdir davam edən beynəlxalq problemlərə sürətli və asan həll yolları təsəvvür edən ilk prezident deyil.
22:11 01.06.2026
Oxunuş sayı: 43