Aİ rəsmisi: Ermənistanı dəstəkləməyə davam edəcəyik
Avropa İttifaqı(Aİ), Moskvanın İrəvanın Aİ-yə üzvlük cəhdi ilə bağlı referendum keçirməsini tələb etməsindən sonra, Rusiyanın parlament seçkilərindən əvvəl Ermənistana təzyiq göstərmək cəhdlərini pisləyib.
Crossmedia.az xəbər verir ki, bunu Aİ-nin sözçüsü Anuar El Anouni bildirib.
"Ermənistan suveren, demokratik və müstəqil bir ölkə olaraq öz yolunu və tərəfdaşlarını seçmək hüququna malikdir.
Rusiya Ermənistan iqtisadiyyatına zərər vurmağa və ölkənin parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır. Biz bu cür təzyiq cəhdlərinə müqavimət göstərməkdə Ermənistanı dəstəkləməyə davam edəcəyik", - deyə o əlavə edib.
20:24 01.06.2026
Oxunuş sayı: 58