Qazaxıstan və Özbəkistan miqrant düşərgələrinə çevrilə bilər
Avropa İttifaqı(Aİ) Qazaxıstan və Özbəkistanda sığınacaq almaq hüququndan məhrum edilmiş miqrantlar üçün saxlama mərkəzlərinin yaradılmasını müzakirə edir.
Crossmedia.az "Politico"-ya istinadən xəbər verir.
Bu təşəbbüs Hollandiya, Avstriya, Danimarka, Almaniya və Yunanıstan tərəfindən irəli sürülür.
Əvəzində Mərkəzi Asiya ölkələrinə Aİ ilə viza sadələşdirilməsi təklif oluna bilər.
Qazaxıstan Xarici İşlər Nazirliyi Aİ-nin ölkədə qaçqın mərkəzləri yaratmaq planları ilə bağlı məlumatları təkzib edib.
Nazirliyin sözçüsü Erlan Jetıbayevin sözlərinə görə, bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır.
19:00 01.06.2026
Oxunuş sayı: 53