İran və ABŞ arasında diplomatik böhran dərinləşir
İran Livanda vəziyyətin gərginləşməsi fonunda ABŞ ilə danışıqları dayandırmaq qərarı verib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" xəbər agentliyi bildirir ki, Tehran həmçinin Hörmüz boğazının tam bağlanması və alternativ dəniz marşrutlarının, o cümlədən Bab əl-Məndəb boğazının aktivləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Hadisələrin fonunda İsrail Baş naziri Benyamin Netanyahu Beyrutun Dahiya bölgəsinə zərbə endirilməsi barədə əmr verdiyini açıqlayıb.
Qeyd edək ki, bu məlumatlar müxtəlif mənbələrə istinadla yayılır və tərəflərdən rəsmi təsdiq gözlənilir.
17:47 01.06.2026
Oxunuş sayı: 44