Yaxın Şərqdə gərginlik pik həddə: SEPAH-dan ABŞ zərbələrinə cavab iddiası
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) SEPAH ABŞ-nin zərbələrindən sonra cavab hücumu həyata keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, SEPAH yayılan bəyanat və videogörüntülərdə İranın Sirik bölgəsinə yönələn hücumun mənbəyinin hədəfə alındığını açıqlayıb. Qurumun məlumatına görə, Aerokosmik Qüvvələr “təcavüzün qaynaqlandığı hərbi hava bazasını” vurub və müəyyən edilmiş hədəfləri məhv edib.
Açıqlama Küveyt Müdafiə Nazirliyinin ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatları ilə edilən hücumların qarşısını aldığını bildirməsindən bir neçə dəqiqə sonra yayılıb.
Bundan əvvəl isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) US CENTCOM son iki gün ərzində Sirik bölgəsinin qərbində yerləşən Qoruq ərazisi və Qeşm adasında İran radar mövqelərinə və dron komanda-idarəetmə mərkəzlərinə “özünümüdafiə məqsədli” zərbələr endirildiyini açıqlamışdı.
17:00 01.06.2026
Oxunuş sayı: 43