İran ABŞ-ni danışıqları ləngitməkdə ittiham edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin danışıqlar prosesində mövqeyini tez-tez dəyişdirməsinin və yeni tələblər irəli sürməsinin müzakirələri ləngitdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Diplomat jurnalistlərə açıqlamasında qeyd edib ki, qarşı tərəfin davamlı şəkildə fərqli və ziddiyyətli mesajlar verməsi danışıqlar prosesinə mənfi təsir göstərir.
“Qarşı tərəf mütəmadi olaraq fikirlərini dəyişdirəndə, yeni və ya ziddiyyətli tələblər irəli sürəndə və media vasitəsilə fərqli mesajlar ötürəndə bu, təbii olaraq danışıqların ləngiməsinə səbəb olur”, – deyə Bəqai vurğulayıb.
O əlavə edib ki, Vaşinqtonun ziddiyyətli açıqlamaları ABŞ-ın danışıqlar taktikasının bir hissəsi ola bilər, lakin bunun İranla münasibətlərdə nəticə verməyəcəyini bildirib.
15:52 01.06.2026
Oxunuş sayı: 45