Küveytə naməlum uçuşun qarşısı alınıb
Küveytin hava hücumundan müdafiə qüvvələri ölkəyə yönələn raket və pilotsuz uçuş aparatlarının qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Küveytin dövlət xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, hava hücumundan müdafiə sistemləri raket və dronlarla həyata keçirildiyi iddia olunan hücumu zərərsizləşdirib.
Məlumata görə, insident zamanı ölkənin müxtəlif bölgələrində hava həyəcanı siqnalları səsləndirilib və müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Rəsmi qurumlar hadisənin nəticələri və mümkün ziyanla bağlı hələlik ətraflı məlumat açıqlamayıb.
Hadisə Yaxın Şərqdə təhlükəsizlik risklərinin artdığı bir dövrə təsadüf edir. Məlumata görə, ötən həftənin əvvəlində Bəndər-Abbas şəhərinin şərqində yerləşən hərbi obyektlərdən biri hücuma məruz qalıb.
Həmin hadisədən sonra Küveyt tərəfi hava məkanına daxil olan pilotsuz uçuş aparatları və raketlərin məhv edildiyini bəyan etmişdi. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Bəndər-Abbasa hücumun həyata keçirildiyi mənbəni hədəfə aldığını iddia edib.
Bölgədə artan gərginlik fonunda son hadisə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb.
13:38 01.06.2026
Oxunuş sayı: 51