Xameneyi müsəlman ölkələrinə çağırış edib
İranın ali rəhbəri Müctəba Xameneyinin Yaxın Şərqdə ABŞ-nin təsirinə qarşı regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təşəbbüsü beynəlxalq mediada diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, “Fox News” telekanalının yaydığı məlumata görə, ölkə rəhbərliyi müsəlman ölkələrini İranın dəstəklədiyi “yeni İslam sivilizasiyası” ideyası ətrafında birləşdirmək məqsədilə siyasi və ideoloji kampaniyaya başlayıb.
Xameneyi sosial media hesabında paylaşdığı müraciətdə region xalqlarının ortaq maraqlarının qorunmasının və yeni regional nizamın formalaşdırılmasının vacibliyini vurğulayıb. O, müsəlman ölkələrini daha sıx əməkdaşlığa çağıraraq ABŞ-nin Qərbi Asiyada əvvəlki kimi sərbəst hərbi mövcudluğunu davam etdirə bilməyəcəyini bildirib.
Müşahidəçilərin fikrincə, Tehranın bu mesajları Vaşinqtonun İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüslərinə cavab kimi qiymətləndirilə bilər.
Ekspertlər hesab edirlər ki, İranın irəli sürdüyü bu yanaşma regionda geosiyasi rəqabətin daha da güclənməsinə və yeni siyasi blokların formalaşmasına təsir göstərə bilər.
13:30 01.06.2026
Oxunuş sayı: 56