Abbas Əraqçı: ABŞ ilə danışıqlar barədə yayılan xəbərlər fərziyyədir
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə aparılan danışıqların gedişi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, İran və ABŞ arasında vasitəçilik yolu ilə aparılan danışıqlar və mesaj mübadiləsi davam etsə də, bu prosesin nəticəsi ilə bağlı əvvəlcədən fikir yürütmək doğru deyil.
Onun sözlərinə görə, hazırda mətbuatda yayılan bütün iddialar təsdiqlənməmiş məlumatlardır:
“Hazırda deyilənlərin hamısı fərziyyədir. Hər şey tam dəqiqləşməyənə qədər bunlara ciddi yanaşmaq lazım deyil.”
Əraqçı vurğulayıb ki, konkret nəticə əldə olunana qədər hər hansı yekun qənaət çıxarmaq tezdir və diplomatik proses hələ davam edir.
12:37 01.06.2026
Oxunuş sayı: 58