Paşinyan: Ermənistan Rusiya ilə yeni münasibətlər qurur
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə yeni münasibətlər modeli formalaşdırır.
Crossmedia.az xəbər verir ki, Paşinyan Ermənistanın Rusiya ilə əlaqələrinin açıq və səmimi olduğunu vurğulayıb.
“Biz Rusiya ilə yeni əlaqələr qururuq və əminəm ki, uğur qazanacağıq. Münasibətlərimiz açıqdır, heç bir qaranlıq məqam gizlədilmir”, – deyə Ermənistan KİV-i onun sözlərini sitat gətirib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, ölkənin Aİİ ilə Avropa İttifaqı arasında seçim etməsi yalnız Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət etməsi və ya namizəd statusuna yaxınlaşması halında aktuallaşa bilər.
Baş nazir bildirib ki, belə bir mərhələyə qədər referendum keçirmək məntiqsizdir, çünki cəmiyyətə təqdim ediləcək konkret seçim modeli hələ formalaşmayıb.
12:08 01.06.2026
Oxunuş sayı: 49