Vaşinqton Livan və İsrail arasında gərginliyi azaltmağa çalışır
ABŞ dövlət katibi Marko Rubio atəşkəs təşəbbüsünü müzakirə etmək məqsədilə Livan prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları aparıb.
Crossmedia.az xəbər verir ki, Vaşinqton gərginliyin azaldılması üçün ilk addım kimi Hizbullahın İsrailə qarşı bütün hücumlarını dayandırmasını təklif edib.
Məlumata görə, ABŞ tərəfi paralel olaraq İsraili də Beyrutda vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.
10:35 01.06.2026
Oxunuş sayı: 46