Şok çağırış: Razılaşmanı dayandırın, hücum edin
İranın ABŞ ilə aparılan danışıqlarda gecikdirmə taktikası tətbiq etdiyi iddia olunur və Vaşinqtonun yalnız diplomatik yolla istədiyi nəticəni əldə etməsi çətin görünür.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post”da dərc olunan təhlildə bildirilib.
Məqalədə qeyd olunur ki, İran rəsmiləri danışıqlarda müəyyən irəliləyiş siqnalları versələr də, yekun öhdəliklər götürməkdən yayınırlar. Təhlil müəllifinin fikrincə, bu yanaşma prosesi uzatmağa xidmət edir.
Yazıda, həmçinin vurğulanır ki, ABŞ-nin “ədalətli sövdələşmə” və kompromis yanaşması İranla münasibətlərdə effektiv nəticə vermir və Vaşinqton daha sərt siyasətə keçməlidir.
Məqalənin diqqətçəkən hissəsində isə ABŞ-yə “razılaşmanı dayandırın və hərbi variantı seçin” çağırışı yer alıb.
14:39 31.05.2026
Oxunuş sayı: 55