Tramp İranla razılaşma sənədini yenidən formalaşdırmaq istəyir
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən qapalı iclasda İran ilə mümkün razılaşma layihəsinə bir sıra dəyişikliklərin edilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məıumat yayıb.
Məlumata əsasən, Tramp razılaşmanın tezliklə yekunlaşacağına ümid etsə də, xüsusilə İranın nüvə materiallarının gələcəyi və Hörmüz boğazı ilə bağlı müddəaların daha dəqiq və sərt şəkildə formalaşdırılmasını istəyib.
ABŞ administrasiyasından olan rəsmilər bildiriblər ki, prezident İranın zənginləşdirilmiş uran ehtiyatlarının necə və nə vaxt təhvil veriləcəyi barədə daha konkret öhdəliklərin sənədə daxil edilməsində israr edir.
Qeyd olunur ki, Tramp yalnız ABŞ-nin maraqlarına uyğun, “qırmızı xətləri” təmin edən və İranın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını alan bir razılaşmanı imzalamağa hazırdır.
14:34 31.05.2026
Oxunuş sayı: 40