Şok iddia: İtkilərə baxmayaraq Hizbullah necə ayaqda qalır?
İran İslam İnqilabı Keşikçiləri Korpusu ciddi itkilərə baxmayaraq Hizbullah üzərində təsirini və onun hakim mövqeyini qoruyub saxlamağa davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu” tərəfindən yayılan təhlildə bildirilir.
Analitiklərin fikrincə, Vaşinqton və Pentaqonda aparılan müzakirələrdə əsas problemlərdən biri Hizbullahın tərksilah edilməsi prosesinin ləngiməsidir. Qeyd olunur ki, yalnız hərbi obyektlərə zərbələr endirməklə təşkilatın siyasi və hərbi təsirini tam şəkildə zəiflətmək mümkün deyil.
Hesabatda iddia edilir ki, zəifləməsinə baxmayaraq Hizbullah Livanın maliyyə və təhlükəsizlik sistemində mühüm təsir imkanlarını qoruyur. Bu prosesdə Nəbi Berri vasitəsilə müəyyən siyasi kanalların da istifadə olunduğu qeyd olunur.
Təhlildə həmçinin bildirilir ki, Həsən Nəsrullahın ölümündən sonra SEPAH-ın bölgədə təsirini artırdığı, yeni komandirlərin yerləşdirildiyi və təşkilata böyük maliyyə dəstəyi göstərildiyi iddia edilir.
Nəticə olaraq vurğulanır ki, yalnız silahların toplanması ilə məsələ həll olunmayacaq və Hizbullah hərbi baxımdan zəifləsə belə, siyasi və struktur baxımından yenidən bərpa oluna bilər. Analitiklər Livan məsələsinin daha geniş siyasi və diplomatik çərçivədə həll olunmasının vacibliyini qeyd edirlər.
14:16 31.05.2026
Oxunuş sayı: 45