32 milyon ağcaqanad planı: Xəstəliklərə qarşı qeyri-adi mübarizə
ABŞ-də “Verily” şirkəti viruslarla mübarizə məqsədilə 32 milyon ədəd genetikası dəyişdirilmiş ağcaqanadın təbiətə buraxılmasını planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Layihə çərçivəsində “Culex” adlı ağcaqanad növü hədəf alınacaq. Bu növün ensefalit (Sent-Luis), denqe və sarı qızdırma kimi təhlükəli xəstəliklərin yayılmasında rol oynadığı bildirilir.
Məlumata görə, təbiətə yalnız dişləyə bilməyən genetikası dəyişdirilmiş erkək ağcaqanadlar buraxılacaq. Bu erkəklərin vəhşi dişilərlə cütləşməsi nəticəsində yaranan yumurtaların nəsil verməyəcəyi, bununla da populyasiyanın tədricən məhv ediləcəyi qeyd olunur.
Layihənin həyata keçirilməsi üçün ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) icazəsi gözlənilir. Razılıq veriləcəyi təqdirdə, ağcaqanadların Kaliforniya və Florida ştatlarında buraxılması planlaşdırılır.
13:21 31.05.2026
Oxunuş sayı: 50