Tramp idrak qabiliyyəti testindən maksimum nəticə topladığını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp idrak qabiliyyətlərini qiymətləndirən tibbi testdən uğurla keçdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, o, yüksək mürəkkəblik səviyyəsinə malik təsdiqlənmiş koqnitiv testdə mümkün olan maksimum nəticəni – 30 baldan 30 bal toplayıb.
ABŞ lideri qeyd edib ki, əvvəlki prezidentlərin heç biri belə bir testi keçməyib. O, əldə etdiyi nəticənin “fövqəladə intellekt” göstəricisi hesab olunduğunu vurğulayıb.
13:04 31.05.2026
Oxunuş sayı: 61