Şimali Koreyaya səfər edən rusiyalı turistlərin sayı artıb
Ötən il 7 mindən çox rusiyalı turist Şimali Koreyaya səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Təbii Sərvətlər və Ekologiya naziri Aleksandr Kozlov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Şimali Koreya ölkənin mədəniyyətinə maraq və müxtəlif istirahət imkanları səbəbindən rusiyalı turistlər arasında getdikcə daha populyar istiqamətə çevrilir. O, Masikryon xizək kurortunu və Vonsan sahil turizm zonasını bu baxımdan xüsusilə qeyd edib.
Aleksandr Kozlov əlavə edib ki, yay turizm mövsümü hələ başlamadığından cari il üzrə statistika barədə danışmaq tezdir. Onun sözlərinə görə, bu ilin turist axınının dinamikası daha sonra təhlil ediləcək.
13:00 31.05.2026
Oxunuş sayı: 61