Trampın Ağ Evdəki yeganə qrup fotosu Putinlə çəkilən şəkildir
ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında çəkilmiş foto Ağ Evin Palma otağında nümayiş etdirilən yeganə qrup şəkli olub.
Crossmedia.az xəbər verir ki, məlumata görə, “Fox News” telekanalının yayımladığı süjetdə Tramp prezident iqamətgahına ekskursiya keçirir və divarlarda asılmış fotoları göstərir. Palma otağında yerləşdirilən şəkillər arasında Putinlə birgə çəkilmiş foto da yer alır.
Qeyd olunur ki, otaqdakı digər fotolarda ABŞ prezidenti tək təsvir olunub.
12:18 31.05.2026
Oxunuş sayı: 59