Sabah bu ərazidə işıq olmayacaq
Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Crossmedia.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
22:48 30.05.2026
Oxunuş sayı: 43