Tom Barrak Vaşinqtonun Suriya və İraq siyasətinə rəhbərlik edəcək
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Vaşinqtonun Suriya və İraqdakı siyasətinə rəhbərlik edəcək.
Crossmedia.az xəbər verir ki, bu qərar onun ABŞ-nin Suriya üzrə xüsusi elçisi vəzifəsindəki müddətinin başa çatması fonunda verilib.
Ağ Ev diplomatın gələcək missiyası ilə bağlı rəsmi açıqlama yayıb. Administrasiya vurğulayıb ki, Barrakın Suriya üzrə xüsusi elçi kimi əvvəlki vəzifəsindən getməsi onun regional gündəmdən uzaqlaşması demək deyil, əksinə, onun rəhbərliyi altında Suriya və İraq məsələlərinin birləşməsini göstərir.
20:50 30.05.2026
Oxunuş sayı: 47