Ermənistanın sosial baxımdan ən həssas bölgəsi açıqlanıb
Şirak bölgəsi ölkədə sosial cəhətdən ən həssas bölgələrdən biri olaraq qalır.
Crossmedia.az xəbər verir ki, bunu "Güclü Ermənistan" partiyasının idarə heyətinin üzvü Narek Karapetyan bildirib.
O dövlətin iqtisadi siyasətinin köklü şəkildə yenidən qurulmasının vacibliyini vurğulayıb.
Karapetyanın sözlərinə görə, Şirak bölgəsində yoxsulluq səviyyəsi ölkədə ən yüksək olaraq qalır və son səkkiz ildə yalnız bir qədər azalıb.
"Bu gün əhalinin 42%-i yoxsulluq içində yaşamağa davam edir. Şəhərlərdə dövlət müəssisələrindən başqa iş yeri yoxdur. Son səkkiz ildə insanlara daha yaxşı bir həyat ümidi verəcək heç nə yaradılmayıb", - deyə o bildirib.
19:33 30.05.2026
Oxunuş sayı: 54