Polşa baş naziri NATO-nu diqqətli olmağa çağırıb
NATO ölkələri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamalarına diqqətlə yanaşmalıdırlar. Crossmedia.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə öz məqaləsində yazıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tuskun açıqlamasına Medvedevin Avropa İttifaqı(Aİ) ölkələrinin sakinləri üçün "rahat yuxu bitdi" sözləri səbəb olub. Polşanın baş naziri bu açıqlamanı regional təhlükəsizlik məsələləri ilə əlaqələndirib və müttəfiqlərini bu cür siqnallara diqqət yetirməyə və bu faktları və sözləri ciddiyə almağa çağırıb.
Polşa hökumətinin başçısı açıqlamasında əvvəllər Polşa, Baltikyanı ölkələr və Rumıniyada qeydə alınmış dronlarla bağlı hadisələrdən də bəhs edib.
Xatırladaq ki, Rumıniyada Rusiya pilotsuz təyyarəsinin vurulmasından sonra Medvedev Aİ ölkələrini Rusiya ilə müharibənin birbaşa iştirakçıları adlandırdı və həmişə olduğu kimi, standart qorxutma dəstini ortaya qoydu:
"Ona görə də hazırlaşsınlar: bu, davam edəcək. Müharibə gedir! Və Aİ ölkələrinin vətəndaşları, müharibə aparan ölkələrin əhalisi kimi, dinc yata bilməyəcəklər. Bu, aysberqin yalnız ucudur!"
18:53 30.05.2026
Oxunuş sayı: 51