Almaniya və Fransa nüvə çəkindiriciliyi üzrə əməkdaşlığı genişləndirir
Almaniya və Fransa nüvə çəkindiriciliyi sahəsində daha sıx əməkdaşlığa dair planlaşdırılmış danışıqlara başlayıb.
Crossmedia.az xəbər verir ki, “Der Spiegel” nəşrinin məlumatına görə, tərəflər Avropanın təhlükəsizlik sisteminin gücləndirilməsi və müdafiə sahəsində koordinasiyanın artırılması məsələlərini müzakirə edirlər.
Danışıqlarda nüvə çəkindiriciliyi üzrə əməkdaşlığın dərinləşdirilməsi və Avropa müdafiə strategiyasının inkişaf etdirilməsi əsas mövzulardan biri kimi qeyd olunur. Hələlik rəsmi nəticələr açıqlanmayıb.
14:45 30.05.2026
Oxunuş sayı: 52