Ukrayna Rusiya hədəflərinə dron və raket zərbələri endirib
Ukrayna gecə saatlarında Rusiya ərazisində bir neçə hərbi obyektə hücum etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Taqanroq şəhərində yerləşən hərbi aerodromda “İskəndər” raket kompleksi və iki Tu-142 tipli hərbi təyyarənin məhv edildiyi iddia olunur.
Bundan başqa, Ukraynaya məxsus FP-1/FP-2 tipli pilotsuz uçuş aparatları ilə Novorossiyskdə yerləşən Rusiya Hərbi Dəniz Donanmasının “Admiral Essen” freqatına da hücum edilib. Gəminin “Kalibr” qanadlı raket daşıyıcısı olduğu bildirilir.
Yayılan görüntülərdə dronun hava hücumundan müdafiə atəşindən yayınaraq freqata çırpıldığı əks olunur.
Rusiya tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib və məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:16 30.05.2026
Oxunuş sayı: 57