Ceymi Daymon: İranın nüvə silahı əldə etməsi hər şeyi dəyişə bilər
ABŞ-nin ən böyük banklarından biri olan "JPMorgan Chase"-nin baş direktoru Ceymi Daymon İranın nüvə silahı əldə etməsinin qlobal təhlükəsizlik üçün ciddi risk yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Daymonun sözlərinə görə, İranın nüvə silahına sahib olması bəşəriyyətin üzləşdiyi ən böyük təhlükələrdən biri, hətta ən böyüyü ola bilər.
O qeyd edib ki, nüvə silahlarının yayılması beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhdid yaradır və bu istiqamətdə risklər diqqətlə izlənilməlidir.
Daymonun açıqlaması Yaxın Şərqdə gərginliyin davam etdiyi və İranın nüvə proqramı ətrafında müzakirələrin yenidən gündəmə gəldiyi bir dövrdə səsləndirilib.
10:00 30.05.2026
Oxunuş sayı: 76