Con Kiriakudan Epşteynlə bağlı qalmaqallı iddia
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əməkdaşı Con Kiriaku ABŞ-nin milyarderi Ceffri Epşteynin İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad” üçün fəaliyyət göstərdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Kiriakunun sözlərinə görə, Epşteyn nüfuzlu siyasətçilər, biznesmenlər və digər yüksəkvəzifəli şəxslərlə əlaqələr qurmaq məqsədilə istifadə olunub. O bildirib ki, bu əlaqələr vasitəsilə sonradan təzyiq və ya şantaj üçün yararlı ola biləcək kompromat materialların toplanması ehtimalı mövcuddur.
Keçmiş MKİ əməkdaşı qeyd edib ki, bu, onun şəxsi qiymətləndirməsidir və iddialarını təsdiqləyən rəsmi sübutlar təqdim etməyib. Epşteynin hər hansı kəşfiyyat qurumu ilə əlaqədə olması barədə indiyədək rəsmi təsdiq verilməyib.
09:45 30.05.2026
Oxunuş sayı: 55