Ukrayna Silahlı Qüvvələri Taqanroqda tankeri vurub
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində Rusiyanın Taqanroq şəhərində tanker və yanacaq çəni yanıb.
Crossmedia.az xəbər verir ki, ASTRA-nın yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, hadisə Taqanroq limanında baş verib. Rostov vilayətinin qubernatoru Yuri Slüsar bildirib ki, pilotsuz uçuş aparatının hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina alovlanıb.
Daha sonra səlahiyyətlilər yanğının tam söndürüldüyünü açıqlayıblar.
Taqanroq şəhərinin meri Svetlana Kambulova isə bildirib ki, hücum nəticəsində körpüdə yerləşən yükləmə infrastrukturu və inzibati binaya ziyan dəyib. Onun sözlərinə görə, yanğın söndürülüb və ətraf mühit üçün təhlükə yarada biləcək neft sızıntısı qeydə alınmayıb.
09:13 30.05.2026
Oxunuş sayı: 69